Oktyabrın 26-da saat 18:15-də düşmən "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də "Tvitter" hesabında məlumat paylaşıb:
 
"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur. Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest