Afrika Futbol Konfederasiyası bu qitədə 2018-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Matç.az saytı xəbər verir ki, siyahıda 10 oyunçuya yer verilib.

Bunlar Aleks İvobi ("Arsenal", Nigeriya), Məhəmməd Salah ("Liverpul", Misir), Andre Onana ("Ayaks", Kamerun), Pyer-Emerik Obameyanq ("Arsenal", Qabon), Anis Badri ("Esperans, Tunis"), Riad Mahrez ("Mançester Siti", Əlcəzair), Denis Onyanqo ("Mamelodi Sandaunz", Uqanda), Sadio Mane ("Liverpul", Seneqal), Mehdi Benatia ("Yuventus", Mərakeş) və Valid Solimandı ("Əl-Əhli", Misir).

İlin ən yaxşı gənc futbolçusu adına isə Əşrəf Hakimi ("Borussiya" Dortmund, Mərakeş), Frank Kessie ("Milan", Fil Dişi Sahili) və Vilfred Ndidi ("Lester", Nigeriya) namizəddi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest