Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan - Monteneqro oyununun məkanı bəlli olub.
 
Matc.az xəbər verir ki, matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
 
Qeyd edək ki, Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandamızın 4-cü turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest