Futbol üzrə Türkiyə Super Liqasında cari mövsümün geridə qalan 6 turu ərzində rəqiblərindən daha çox xal toplamış "Alanyaspor" 1-ci pillədə qərarlaşıb.
 
Matc.az xəbər verir ki, keçirdiyi altı oyundan beşində qalib gələn, yalnız bir qarşılaşmada heç-heçəyə razılaşan sözügedən kollektivin hesabında 16 xal var.
 
Bu isə Alanya təmsilçisinin tarixində ən yaxşı başlanğıcdır. "Alanyaspor" Super Liqada mövsümün əvvəlində heç vaxt belə uğurlu starta imza atmamışdı.
 
Rəqib qapılarından 15 top keçirən "Alanyaspor", cəmi 2 qola üzülüb ki. Bu üzdən də Alanya klubu 6 tur ərzində Super Liqanın ən çox qol vuran və ən az qol buraxan komandasıdır.
 
Xatırladaq ki, "Alanyaspor" 2016/17 mövsümündən etibarən Super Liqada mübarizə aparır. Geridə qalan mövsümü 5-ci pillədə başa vuran bu kollektiv tarixində ilk dəfə Avropa Liqasında mübarizə aparmaq hüququ qazanmışdı.
 
"Alanyaspor" Super Liqanın 7-ci turu çərçivəsində oktyabrın 31-də səfərdə "Göztəpə" ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest