UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan - Monteneqro oyununun neytral meydanda təşkil olunması barədə Avropa futbol təşkilatının müvafiq qərarı nəzərə alınaraq, AFFA qarşılaşmanın Xorvatiyanın Zaqreb şəhərində keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, UEFA rəsmi saytında sözügedən qarşılaşmanın məhz Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçiriləcəyini göstərib. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
 
Xatırladaq ki, millimiz noyabrın 10-da Lyublyana şəhərində Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Zaqrebin təklif olunmasının səbəbi də Lyublyanaya yaxın məsafədə yerləşməsidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest