çempionlar Liqasında VI turun oyunçusu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, azarkeşlər UEFA-nın açıqladığı 4 namizəd arasında seçim ediblər.

Nəticədə "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane həmkarlarını qabaqlayaraq, həftənin futbolçusu olub. Almaniya millisinin üzvü "Hoffenhaym"la qarşılaşmada (2:1) dubl edərək buna layiq görülüb.

O, Neymar (PSJ), Endryu Robertson ("Liverpul") və Giyom Oaronu ("Yanq Boyz") qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest