Futbol üzrə Azərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib.

Futbol üzrə Azərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, noyabrın 10-da yox, 11-də keçiriləcək.
 
Matça Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
 
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda Monteneqronu qəbul edəcək. Komandamız ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest