27 Oktyabr 2020, 19:01
DİGƏR
"ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə "Smerç" qurğusundan kasetli raketlər atılıb".
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.
"Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur".