27 Oktyabr 2020, 19:46
DİGƏR
"Bu gün 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri "Smerç" raketlərindən istifadə olunaraq atəşə tutulub".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, 4 nəfər həyatını itib, 14 nəfər ağır şəkildə yaralanıb:
"Həyatını itirənlərin sırasında 2 yaşlı qızcığaz da var. Həmçinin yaralalnlar sırasında 9-15 yaşlarında 4 nəfər uşaq var".