Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
 
Əksinə, oktyabrın 27-də saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini "Smerç" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub.
 
Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.
 
Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest