Almaniyanın "Hoffenhaym" klubu müdafiəçisi Ştefan Poşla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər arasında imzalanan yeni müqavilənin müddəti 2024-cü ilin 30 iyununa qədərdir. Əvvəlki müqavilənin müddəti cari mövsümün sonunda bitəcəkdi.
 
Mərkəz müdafiəçisi olan Poş, 2016-cı ildən "Hoffenhaym"ın uğurları üçün çalışır. 23 yaşlı futbolçu bu komandaya "Admira Vakker" klubundan transfer olunub. Avstriyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi, 2019-cu ildən əsas milliyə dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest