Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Matç.az saytı xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

Mərhələ "Dalğa Arena"da başlayıb. çempionatın autsayderi "Zirə" avrokuboklar iddiasında olan "Səbail"i sınağa çəkib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu İlkin Muradov vurub. 

Günün digər görüşü "Balcell Arena"da keçirilib. Topaz Premyer Liqasının lideri "Neftçi" "Sumqayıt"ı qəbul edib. Son turda rəqibinə xal verən ağ-qaralar" bu dəfə də "kimyaçılar" qarşısında aciz qalıb. Roberto Bordinin komandası 0:2 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, ilk oyunlara sabah keçiriləcək "Qəbələ" – "Sabah" və "Qarabağ" – "Keşlə" matçları ilə yekun vurulacaq.

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

15 dekabr (şənbə)

 

"Neftçi" – "Sumqayıt" - 0:2

Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 (ikinci sarı)

Qollar: Əli Babayev, 28 (pen.), Şəhriyar Əliyev, 45+4

Bakcell Arena. Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov

"Neftçi":  1. Səlahət Ağayev, 18. Tural Axundov, 25. Kiril Petrov (k), 5. Anton Krivotsyuk, 26. ömər Buludov, 17. Rəhman Hacıyev, 6. Qoran Paratski, 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 21. Məhəmməd Mirzəbəyov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyubov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Roberto Bordin

"Sumqayıt": 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 6. Səbuhi Abdullazadə, 7. Cavid Tağıyev, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. ülvi İsgəndərov, 77. Murad Xaçayev
Baş məşqçi: Ayxan Abbasov

 

"Zirə" – "Səbail" - 1:0
Qol: 
İlkin Muradov, 45
80-ci dəqiqədə Mirsahib Abbasov penaltidən yararlana bilməyib.
Qırmızı vərəqə: Tome Kitanovski, 33
Dalğa Arena. Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu

"Zirə": 85. Kamal Bayramov, 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duvetru, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Kamal Mirzəyev, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov
Baş məşqçi: Samir Abasov

"Səbail": 1. Emil Balayev, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 11. Ruslan Qurbanov, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov, 17. Elçin Rəhimli, 30. Nazim Kərimli, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest