"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben yenidən sıradan çıxıb. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, ulduz futbolçu bu ilin qalan oyunlarında komandasına kömək edə bilməyəcək. Ancaq hollandiyalının zədəsi ciddi deyil. Onun yanvarın 4-də kollektivə qoşulması planlaşdırılır.

Qeyd edək ki, tez-tez zədələnməsi ilə diqqət çəkən Aryen Robben mövsümün sonunda komandanı tərk edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest