"Liverpul"un müdafiəçisi Vircil van Deyki zədələyən "Everton"lu Cordan Pikford ölümlə hədələnir.
 
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
 
İngilis qapıçı hədələrə görə artıq özünə xüsusi bir mühafizəçi də tutub. Pikfordun bir neçə müddət belə gəzəcəyi bildirilir.
 
Pikford Premyer Liqanın 5-ci turunun "Liverpul"la matçında (2:2) Van Deyklə girdiyi ikili mübarizədə rəqibini zədələyib və nəticədə, əməliyyat olunan niderlandlı futbolçu üçün mövsüm bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest