İspaniya millisinin və "Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqi İtaliyada çalışa bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, onun "Roma"nın "sükanı arxası"na keçməsi gündəmdədi.

çempionlar Liqasında növbəti mərhələyə adlamasına baxmayaraq, A seriyasında uğursuz çıxışla diqqət çəkən "canavarlar" bu cür oynamaqda davam etsə, baş məşqçi Eusebio Di Françesko ilə yollar ayrılacaq. Bir neçə mütəxəssislə indidən danışıqlara başlayan paytaxt təmsilçisinin siyahısında adı olanlardan biri də Lopeteqidi.

Lopeteqinin əsas rəqibi sabiq "çelsi"li Antonio Konte göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest