"Yuventus"un müdafiəçisi Corco Kyellini zədəsini sağaldaraq sıraya dönüb.

"Yuventus"un müdafiəçisi Corco Kyellini zədəsini sağaldaraq sıraya dönüb.
 
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
 
Təcrübəli futbolçu artıq komanda ilə məşqlərə qatılır. Kapitanın A Seriyasının növbəti turu çərçivəsində baş tutacaq "Spetsiya" ilə oyunda meydana çıxması ehtimalı böyükdür.
 
"Yuventus" xeyli müddətdir xidmətindən məhrum olduğu Kristiano Ronaldoya da qovuşmaq üzrədir. Məsələ burasındadır ki, portuqal futbolçudan götürülmüş sonuncu koronavirus testinin nəticəsi mənfi çıxıb. Məlumatı klubun mətbuat xidməti məlumat yayıb. Lakin Ronaldonun komanda ilə məşqlərə nə vaxtdan başlayacağı açıqlanmayıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest