"Forbes" nəşri yaşı 21-dən çox olmayan futbolçuların qiymətlərini açıqlayıb.
 
Matc.az xəbər verir ki, siyahının ilk pilləsində PSJ-nin hücumçusu Kilian Mbappe yer alıb.
 
21 yaşlı fransız futbolçunun hazırkı qiyməti 183,3 milyon avrodur.
 
Siyahının 2-ci sırasında "Atletiko"dan Joao Feliks qərarlaşıb. Portuqal hücumçunun dəyəri 104 milyon avrodur. 3-cü yerin sahibi isə "çelsi"nin yeni transferi Kay Havertsdir. Alman futbolçunun qiyməti 98 milyon avrodur.
 
İlk 10-luq
 
1. Kilian Mbappe (21 yaş, PSJ – Fransa) – 183,3 milyon avro
2. Joao Feliks (20, "Atletiko" – İspaniya) – 104
3. Kay Haverts (19, "çelsi" – İngiltərə) – 98
4. Alfonso Devis (19, "Bavariya" – Almaniya) – 88,3
5. Matteys De Liqt (21, "Yuventus" – İtaliya) – 86,8
6. Ceydon Sanço (20, "Borussiya" Dortmund-Almaniya) – 86,6
7. Erlinq Haland (20, "Borussiya" Dortmund-Almaniya) – 68,3
8. Əşrəf Hakimi (21, "İnter" – İtaliya) – 66,3
9. Viktor Osimhen (21, "Napoli" – İtaliya) – 63
10. Ferran Torres (20, "Mançester Siti" – İngiltərə) – 57,7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest