Futbol üzrə İslandiya çempionatı və kuboku vaxtından əvvəl başa çatdırılıb.
 
Matc.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyası məlumat yayıb.
 
Xəbərdə bu addımın koronavirus pandemiyası səbəbindən atıldığı diqqətə çatdırılıb. Qərar bu ilin iyununda qurumun idarə heyətinin açıqladığı təhlükəsizlik protokoluna uyğun olaraq qəbul edilib.
 
18 turdan sonra 44 xalı olan "Valyur" klubu sona 4 oyun qalmış çempion elan olunub. 2018/19 mövsümündə "Qarabağ"ın formasını geyinmiş İslandiya millisinin qapıçısı Hannes Halldorsson hazırda bu komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest