İngiltərənin "Nyukasl" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Jonjo Şelvi əməliyyat olunub.
 
Bu barədə komandanın baş məşqçisi Stiv Bryus yerli mətbuata açıqlamasında məlumat verib. Onun sözlərinə görə, qasıq nahiyəsindəki yırtıq səbəbindən əməliyyata məruz qalan 28 yaşlı futbolçunun bərpası üçün azı bir ay vaxt lazımdır.
 
Şelvi 2016-cı ildən "Nyukasl"ın uğurları üçün çalışır. 2010-2013-cü illər aralığında "Liverpul"da oynamış futbolçu bir müddət İngiltərə millisinin də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest