Qadın futbolçulardan ibarət ABŞ milli komandasının kapitanı Meqan Rapino irqçiliklə mübarizə aparmaq üçün Kriştiano Ronaldo və Lionel Messiyə müraciət edib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi, Ronaldo və Messiylə birgə çalışaraq, çox şey bacaracaqlarını deyib:
 
"Ronaldo və Messinin bu məsələdə çox böyük təsir gücləri ola bilər. Onlar bu məsələ ilə maraqlanmağa başlasa, çox şeyi bacararlar. Sadəcə "Black Lives Matter" ("Qara həyat yaşayır") yazılı forma geyinməklərindən danışmıram, daha dərinə enmək lazımdır".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest