Futbol üzrə Moldova çempionatında 17-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi "Milsami" ilə Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevli "Dinamo-Avto"nun dueli ilə əlamətdar olub.
 
"Dinamo-Avto"nun meydanında keçirilən oyun heç-heçə başa çatıb - 1:1. Nağıyev də bu görüşün iştirakçısı olub. Dmitri start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Amit isə bu matçın iştirak ərizəsində də yer almayıb.
 
17 turdan sonra 34 xala malik "Milsami" 10 kollektiv arasında 3-cü, "Dinamo-Avto" isə 21 xalla 6-cı sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest