Futbol üzrə Almaniya Bundesliqasında 6-cı turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü beş qarşılaşma baş tutub. 
 
"Bavariya" "Köln", Dortmund "Borussiya"sı isə "Arminiya" səfərinə yollanıb. Hər iki oyunda qonaqlar qələbəyə sevinib. 
 
Lider "Leyptsiq" bu turda Münhenqladbax "Borussiya"sı ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların məğlubiyyəti ilə başa çatıb. 
 
"Ayntraxt" – "Verder" matçında qalib müəyyənləşməyib. "Auqsburq" isə "Maynts"ı məğlub yola salıb.
 
Almaniya Bundesliqası
6-cı tur
30 oktyabr
 
Şalke – Ştutqart 1:1
Qol: Malik, 30 – Qonsales, 56-pen.
 
31 oktyabr
 
Arminiya – Borussiya (Dortmund) 0:2
Qol: Hummels, 53; 71.
 
Auqsburq – Maynts 3:1
Qol: Varqas, 40. Han, 80; 90+1 – Onisivo, 64.
 
Ayntraxt – Verder 1:1
Qol: A.Silva, 65 – Sargent, 51.
 
Köln – Bavariya 1:2
Qol: Draksler, 82 – Müller, 13-pen. Qnabri, 45+1.
 
Borussiya (Münhenqladbax) – Leyptsiq 1:0
Qol: Volf, 60.
 
1 noyabr
 
18:30 Frayburq – Bayer
21:00 Herta – Volfsburq
 
2 noyabr
 
23:00 Hoffenhaym – Union

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest