Futbol üzrə Estoniya çemponatında 26-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tallina Kalev" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.
 
Novruzov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Qeyd edək ki, "Narva Trans" 10 komandalı çempionatda 26 turdan sonra 21 xalla 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest