Futbol üzrə İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşıalaşma baş titib.
 
Son turda "Barselona"nı məğlub edən "Real", bu dəfə "Hueska"nı sınağa çəkib və darmadağına sevinib. "Barselona" isə "Alaves" səfərində növbəti xal itkisi ilə üzləşib. "Sevilya" səfərdə "Atletik"ə uduzub. Madrid "Atletiko"su da səfərdə "Osasuna"dan güclü olub.
 
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Vilyarreal" klubu doğma meydanda "Valyadolid"i qəbul edəcək.
 
İspaniya La Liqası
8-ci tur
30 oktyabr
 
Eybar – Kadis 0:2
Qol: Neqredo, 36. Sançes, 39.
 
31 oktyabr
 
Real – Hueska 4:1
Qol: Hazard, 40. Benzema, 45; 90. Valverde, 54 – Ferreyro, 74.
 
Atletik – Sevilya 2:1
Qol: Muniain, 76. Sanset, 86 – En Nesiri, 9.
 
Osasuna – Atletiko 1:3
Qol: Budimir, 80 – J.Feliks, 43-pen; 69. L.Torreyra, 88.
 
Alaves – Barselona 1:1
Qol: Rioxa, 31 – Qrizmann, 63.
 
1 noyabr
 
17:00 Betis – Elçe
19:00 Selta – Real Sosyedad
21:30 Qranada – Levante
00:00 Valensiya – Xetafe
 
2 noyabr
 
00:00 Vilyarreal – Valyadolid

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest