Futbol üzrə İtaliya A Seriyasında 6-cı turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
 
Lider "Milan" bu turda "Udineze" səfərinə yollanıb və çətin qələbəyə sevinib. Son çempion "Yuventus" "Spetsiya" ilə səfər oyununda darmadağına sevinibsə, "Napoli" "Sassuolo" ilə qarşılaşmadan məğlub ayrılıb.
 
"Sampdoriya" – "Cenoa" matçında qalib müəyyənləşməyib. "Roma" doğma meydanda "Fiorentina" üzərində inamlı qələbəyə sevinibsə, paytaxtın digər təmsilçisi "Latsio" səfərdə "Torino"dan güclü olub.
 
İtaliya A Seriyası
6-cı tur
31 oktyabr
 
Krotone – Atalanta 1:2
Qol: Simi, 40 – Muriel, 26; 38.
 
İnter – Parma 2:2
Qol: Brozoviç, 64. Perişiç, 90+2 – Jervinyo, 46; 62.
 
Bolonya – Kalyari 3:2
Qol: Barrou, 45; 56. Soriano, 52 – J.Pedro, 15. Simeone, 47.
 
1 noyabr
 
Udineze – Milan 1:2
Qol: De Paul, 48-pen – Kessye, 18. İbrahimoviç, 83.
 
Spetsiya – Yuventus 1:4
Qol: Pobeqa, 32 – Morata, 14. Ronaldo, 59; 76-pen. Rabyo, 67.
 
Torino – Latsio 3:4
Qol: Bremer, 19. Belotti, 24. Lukiç, 87 – A.Pereyra, 15. Milinkoviç-Saviç, 49. İmmobile, 90+5-pen. Kaysedo, 90+8.
 
Roma – Fiorentina 2:0
Qol: Spinatsola, 12. Pedro, 70.
 
Napoli – Sassuolo 0:2
Qol: Lokatelli, 59-pen. M.Lopes, 90+5.
 
Sampdoriya – Cenoa 1:1
Qol: Yankto, 23 – Skamakka, 28.
 
2 noyabr
 
23:45 Verona – Benevento

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest