Futbol üzrə Fransa Liqa 1-də 9-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
"Monako" bu turda "Bordo"nu sınağa çəkib və darmadağına sevinib. Cari mövsümdə uğurlu çıxış edən "Lill" isə Lion "Olimpik"i ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. "Dijon" – "Loryan" matçı da heç-heçə bitib.
 
"Sent-Etyen" evdə "Monpelye"yə, "Anje" "Nitsa"ya, "Nim" isə "Mets"ə uduzub. "Reyms" də "Strasburq"la ev oyunundan qalib ayrılıb.
 
9-cu turun "Olimpik" (Marsel) – "Lans" matçı təxirə salınıb.
 
Fransa Liqa 1
9-cu tur
31 oktyabr
 
Renn – Brest 2:1
Qol: Da Silva, 66. Aqerd, 70 – Honorat, 57.
 
Nant – PSJ 0:3
Qol: A.Herrera, 47. Mbappe, 65. Sarabia, 88.
 
1 noyabr
 
Sent-Etyen – Monpelye 0:1
Qol: Mavididi, 14.
 
Anje – Nitsa 0:3
Qol: R.Lopes, 12. Melu, 23-pen. Budaui, 78.
 
Dijon – Loryan 0:0
 
Nim – Mets 0:1
Qol: Queye, 15.
 
Reyms – Strasburq 3:1
Qol: Kamara, 22-öz qapısına. Faes, 27 – Ayorke, 30-pen.
 
Monako – Bordo 4:0
Qol: Ben Yedder, 28. Martins, 30. Volland, 31; 58.
 
Lill – Olimpik (Lion) 1:1
Qol: Bamba, 22 – Z.çelik, 41-öz qapısına.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest