İtaliyanın "İnter" klubunun hücumçusu Romelu Lukakunun aqibətinə aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, UEFA çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Şaxtyor"la oyunda (0:0) zədələnən belçikalı futbolçunun Madrid "Real"ı ilə görüşdə də meydana çıxmayacağı dəqiqləşib.
 
27 yaşlı hücumçu sol baldır əzələsindən xəsarət aldığı üçün A Seriyasında 6-cı turun "Parma" ilə oyununda (2:2) da iştirak etməyib.
 
Qeyd edək ki, çL-in qrup mərhələsinin üçüncü turu çərçivəsində noyabrın 4-də Madriddə baş tutacaq "Real" – "İnter" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
 
Lukaku bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 7 oyunda 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest