İngiltərə millisinin sabiq futbolçusu Bobbi çarltona demensiya diaqnozu qoyulub.
 
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşrinə açıqlamasında veteran yarımmüdafiəçinin həyat yoldaşı Norma çarlton deyib. O, ərinin yaddaşını itirdiyini bildirib.
 
"Mançester Yunayted" rəsmi saytı vasitəsilə 83 yaşlı keçmiş oyunçusuna dəstək verib.
 
Qeyd edək ki, 1966-cı ildə İngiltərə millisinin heyətində dünya çempionu olmuş Bobbi çarlton ölkənin ən yaxşı futbolçularından biri hesab olunur. Əfsanəvi oyunçu həmin il "Qızıl top" mükafatına layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest