Zədəli futbolçular Nabi Keyta və Joel Matip yenicə məşqlərə başlayıb. Onların bu oyunda iştirak etmək şansı azdır. Digər zədəli Tyaqo Alkantara isə hələ də zədəsini sağaltmayıb.

UEFA çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atalanta" ilə qarşılaşacaq "Liverpul"un zədəlilərinin vəziyyəti məlum olub.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Yurgen Klopp məlumat verib.
 
Onun sözlərinə görə, zədəli futbolçular Nabi Keyta və Joel Matip yenicə məşqlərə başlayıb. Onların bu oyunda iştirak etmək şansı azdır. Digər zədəli Tyaqo Alkantara isə hələ də zədəsini sağaltmayıb.
 
Komandanın daha bir zədəlisi - Vircil van Deyk isə əməliyyatdan sonra bərpa dövründədir.
 
"Atalanta" – "Liverpul" oyunu noyabrın 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest