03 Noyabr 2020, 09:22
DİGƏR
Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Növbəti dəfə bildirilib ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.