Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 26 oktyabr – 1 noyabr aralığında 1446 nəfərdən koronavirus testi götürüldüyü, dörd nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.
 
Bununla da 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 48-ə çatıb.
 
Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun 10 gün karantində qalacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest