"Mançester Yunayted"də bir müddət əvvəl koronavirusa yoluxan Aleks Telles sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar-Sulşer yerli mətbuata açıqlamasında deyib.
 
O, Tellesin son koronavirus testinin mənfi çıxdığını və müdafiəçinin komanda ilə məşqlərə qoşulduğunu bildirib.
 
Tellesin oktyabrın 29-da verdiyi koronavirus testi müsbət çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest