"Beşiktaş"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, İstanbul təsmilçisinin "Yeni Malatyaspor"a qarşı keçirdiyi son oyunda zədələnən Dorukhan Toköz və Velinton artıq məşqlərə başlayıb.
 
Klubdan verilən məlumata görə, zədələri yüngül olan hər iki futbolçu növbəti oyunlarda komandaya kömək edə biləcək. Zədə səbəbindən son oyunları buraxmaq məcburiyyətində qalan Aydin Hasiç və Atakan üner də sıraya dönüb. Müalicəsi başa çatan hər iki futbolçu artıq komanda ilə məşqlərə qatılır.
 
Kevin Nkudu və Gökhan Törenin müalicəsi isə davam edir.
 
Qeyd edək ki, son iki turu qələbə ilə başa vuran və 10 xalla 8-ci pillədə qərarlaşmış "Beşiktaş" Super Liqanın 8-ci turunda "Qaziantep"lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest