İspaniyanın "Qranada" klubunun müdafiəçisi Xesus Valyexo koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı ispan futbolçudan götürülən koronavirus testi müsbət nəticə verib. Bu üzdən də o, karantinə alınıb.
 
Qeyd edək ki, müqavilə ilə Madrid "Real"ına məxsus olan Xesus Valyexo "Qranada"da bu ilin yanvarından forma geyinir. Sözügedən klub onu ötən mövsümün dövrələrarası fasiləsində icarəyə götürmüş, bu yay isə həmin müqaviləni daha bir il müddətinə uzatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest