Futbol üzrə Uels millisinin baş məşqçisi Rayan Giqqz qarşıdakı 3 oyunda komandaya rəhbərlik etməyəcək.

Futbol üzrə Uels millisinin baş məşqçisi Rayan Giqqz qarşıdakı 3 oyunda komandaya rəhbərlik etməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə Uels Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Sevgilisini döydüyü üçün istintaqa cəlb olunan Giqqzi köməkçiləri Robert Peyc və Albert Steyvenberq əvəzləyəcək. ABŞ, İrlandiya və Finlandiya ilə matçlarda komanda bu məşçilərin rəhbərliyi ilə meydana çıxacaq. Qarşıdakı oyunlar üçün millinin heyəti noyabrın 5-də açıqlanacaq.
 
Qeyd edək ki, sevgilisini döyməkdə şübhəli bilinən Giqqz polis bölməsində bir neçə saat saxlanılıb. O, istintaq başlayanadək  sərbəst buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest