"Kubok oyunu idi, səfərdə çıxış edirdik. Rəqib çempionatın lideri idi və vaxtımız az idi". Matç.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi"nin qonağı olan "gənclik şəhəri" təmsilçisi səfərdən 2:0 hesablı qələbə ilə dönüb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abbasov fikrini bu sözlərlə davam etdirib: "Neftçi"nin gücü bəllidi. Bəli, bir neçə gün əvvəl onlarla oynamağımız bizim xeyrimizə oldu. Dabo kimi oyunçuları da meydanda idi. Cavab oyununda da vuruşacağıq. İki futbolçumuz zədə aldı. Onların yerini dolduracaq gənclərimiz var. Bu gün 1998 doğumlu futbolçular çıxış etdi. "Neftçi"ni keçə bilsək, bu, Sumqayıt futbolu üçün böyük uğur olar".

- Cavab oyununda futbolçuları bu ab-havada saxlamaq çətin olmayacaq?

- Futbolçulara da paltardəyişmə otağında ilk bunu tövsiyə etdim. Təcrübəli oyunçularımız var. Bu ab-havanı onlar saxlayacaq. Arxayınlaşsaq, bunun cəzasını alacağıq. çünki son illər göstərir ki, bu hesab elə də böyük fərq deyil.

- Ardıcıl 12 oyun qol vuran "Neftçi"nin hücumunu dayandırmağın sirri nədədi?

- Elə bir sirri yoxdu. Ustalıq cəhətdən rəqibdən geri qala bilərik. Ancaq əzmkarlıq göstərərək, qapının toxunulmazlığını qoruya bildilər. Hətta bunun fonunda da rəqib qol vəziyyətləri yarada bildi. Cavab görüşündə də bu üstünlüyü qorumağa çalışacağıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest