Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda Milan "İnter"i ilə qarşılaşan Madrid "Real"ı bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.
 
Matc.az xəbər verir ki, bu görüş İspaniya klubunun kapitanı Serxio Ramos üçün əlamətdar olub.
 
Oyunun 33-cü dəqiqəsində fərqlənən təcrübəli futbolçu komandasının ikinci qolunu vurub. Bu, Ramosun Madrid klubunda yüzüncü qolu olub.
 
Qeyd edək ki, Ramos 100 qoldan 55-ini başı ilə vurub. "Sevilya"nın yetirməsi olan 34 yaşlı futbolçu 2005-ci ildən "Real"da çıxış edir.
 
Ramos bu oyunda fərqlənməklə çL-də yeni rekord da müəyyənləşdirib. Belə ki, ispan müdafiəçi qitənin ən nüfuzlu klub turnirində başla vurduğu qolların sayını 8-ə çatdırıb. Əvvəlki rekord "çelsi"nin heyətində çL çərçivəsində başla 7 qola imza atmış Con Terriyə məxsus idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest