ölkə Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi" "Sumqayıt"la qarşlaşıb. Matç.az saytının məlumatına görə, Topaz Premyer Liqasında ilk dövrəni "qış çempionu" kimi tamamlayan "Neftçi" bu görüşdə məğlubiyyətlə üzləşib – 0:2.

Maraqlıdır ki, ötən ilin "qış çempionu" da "Sumqayıt"a qarşı eyni aqibətlə üzləşmişdi. Belə ki, 2017/18 mövsümünün ilk dövrəsini lider kimi tamamlamış "Qarabağ" kubokun eyni mərhələsində eyni rəqibə - "Sumqayıt"a uduzaraq (1:2; 2:0) mübarizəni dayandırmışdı.

"Neftçi"nin cavab oyununda vəziyyəti düzəltmək şansı olsa da, görünən odur ki, "qış çempionları" üçün "Sumqayıt"ın uğursuz rəqib olması ənənəsi formalaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest