Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığmasının heyəti açıqlanıb.

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığmasının heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, baş məşqçi Faruk Hacıbegiç 25 futbolçuya dəvət göndərib.
 
Qapıçılar: Daniel Petkoviç ("Anje", Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Miloş Draqoyeviç ("Buduçnost");
 
Müdafiəçilər: Stefan Saviç ("Atletiko" Madrid, İspaniya), Marko Simiç ("Liepaya", Latviya), Jarko Tomaşeviç ("Astana", Qazaxıstan), Adam Maruşiç ("Latsio", İtaliya), Saşa Baliç ("Zaqlebiye", Polşa), Risto Radunoviç (Astra, Rumuniya), İqor Vuyaçiç (Partizan, Serbiya), Momçilo Raspopoviç (Riyeka, Xorvatiya), Miloş Miloviç (Voydovaç, Serbiya);
 
Yarımmüdafiəçilər: Nikola Vukçeviç ("Levante", İspaniya), Vladimir Yovoviç ("Yablonets", çexiya), Aleksandar Şçekiç ("Partizan", Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç ("Kayrat", Qazaxıstan), Aleksandar Bolyeviç ("Standard", Lyej, Belçika), Marko Bakiç ("Muskron", Belçika), Deni Hoçko ("Muskron", Belçika), Sead Hakşabanoviç ("Norçöpinq", İsveç), Vukan Saviçeviç ("Samsunspor", Türkiyə);
 
Hücumçular: Fatoş Beçiray ("Visla" Krakov, Polşa), Stevan Yovetiç ("Monako", Fransa), Stefan Muqoşa ("İnkon Yunayted", Cənubi Koreya), Dino İslamoviç ("Rusenborq, Norveç).
 
Qeyd edək ki, Monteneqro noyabrın 11-də Podqoritsada Qazaxıstanla qarşılaşacaq. Komanda üç gün sonra Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan millisinin qonağı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest