Portuqaliyanın "Portu" klubu müdafiəçisi Pepe ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
37 yaşlı futbolçu ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər artırılıb. Bu isə o deməkdir ki, təcrübəli futbolçu hələ 40 yaşına kimi oynamağa davam edəcək. Təbii ki, ciddi bir zədə problemi ilə üzləşməsə...
 
Qeyd edək ki, Pepe "Maritimo"nun yetirməsi olsa da, 2004-2007-ci illər aralığında "Portu"da forma geyinib. 2007-2017-ci illər aralığında Madrid "Real"ında, daha sonra iki il "Beşiktaş"da çıxış edən Portyqaliya millisinin müdafiəçisi, 2019-cu ildə yenidən "Portu"ya qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest