İngiltərənin "Sauthempton" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Denni İnqs sıradan çıxıb.
 
O, dizindən aldığı zədə səbəbindən əməliyyat olunacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngilis futbolçunun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
Qeyd edək ki, 28 yaşlı forvard Premyer Liqa çərçivəsində "Aston Villa"ya 4:3 hesabıyla qalib gəldikləri oyunda zədələnmişdi.
 
Denni İnqs "Sauthempton"a 2019-cu ildən "Liverpul"dan transfer edilib. ötən mövsüm 22 qola imza atan futbolçu mövsüm meydana çıxdığı 8 qarşılaşmada da 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. "Sauthempton" isə bu mövsüm keçirdiyi 7 oyunda 4 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb. 13 xalı olan komanda 20 kollektiv arasında 5-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest