Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib. Matç.az saytının məlumatına görə, oyunlardan biri Bakıda, digəri isə Qəbələdə oynanılıb.

ötən mövsümün finalçıları ikinci oyun günündə meydana çıxıb. öncə "Qəbələ" öz meydanında "Sabah"ı sınağa çəkib. İlk dəfə bu raunda yüksələn qonaqlar yarımfinala adlamaq əzmində idisə, "qırmızı-qarlar" növbəti dəfə 1/4 final səddini keçmək niyyətindədi. Görüş "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

İlk oyunlara "Qarabağ"la "Keşlə"nin matçı ilə yekun vurulub. Son çempionla kubokun sahibi üz-üzə gəlib. Ağdam klubu ötənilkindən fərqli bu dəfə yarımfinala çıxmaq fikrindədi. Paytaxt təmsilçisi isə titulunu qorumaq, həm də çempionatdakı 1:5 hesablı məğlubiyyətin əvəzini çıxmaq niyyətində idi. Bu oyunda da 1 top nəticəni müəyyənləşdirib. Belə ki, Rahil Məmmədovun qolu "Qarabağ"a cavab qarşılaması öncəsi 1:0 hesablı qələbə qazandırıb.

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

16 dekabr (bazar)

"Qarabağ" – "Keşlə" - 1:0

QOL: Rahil Məmmədov, 65

Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Qerye

Baş məşqçi: Qurban Qurbanov

"Keşlə": 1. Kamran Ağayev (k), 33. Tərlan Quliyev, 2. Sərtan Taşqın, 4. Slavik Alxasov, 94. Seymur Əsədov, 3. Denis Silva, 80. Diallo Quydileye, 22. Nikola Mitroviç, 17. Samir Məsimov, 31. Georgios Georgiadis, 23. Conatan Ayite

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 78. Elmir Rəhimzadə, 9. Amil Yunanov, 7. Vaqif Cavadov, 65. Cabir Əmirli, 95. Cavid Əliyev, 90. Ebrima Sohna, 93. Edvinas Girdvainis, 14. Andre Klennon, 21. Herve Tçami

Baş məşqçi: Tərlan Əhmədov

 

"Qəbələ" – "Sabah" - 1:0

QOL: Filip İvanoviç, 45 (avtoqol)

Qəbələ şəhər stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 26. Faiq Hacıyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

"Sabah": 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 33. Eltun Turabov, 8. Elşən Abdullayev, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 4. Tərzin Cahangirov, 25. Vanderson Silva, 5. Kərim Diniyev, 22. Miloş Bosançiç, 11. Elgün Nəbiyev

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 2. ülvi İbazadə, 3. Elvin Bədəlov, 14. Tural Qürbətov, 6. Vadim Abdullayev, 77. Şakir Seyidov, 97. Emil Qasımov

Baş məşqçi:  Elşad Əhmədov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest