"Barselona"nın baş məşqçisi Ronald Kuman hakimləri tənqid etdiyinə görə uzun müddətə diskvalifikasiya edilə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Nəşrin yazdığına görə, "Real"la oyundan (1:3) sonra hakimlər barəsində VAR sisteminin Katalon klubuna qarşı qərəzli davrandığını bəyan edən mütəxəssisə qarşı intizam işi açılıb. İntizam kodeksinə əsasən, rəsmi şəxslər istənilən hakimin və ya İspaniya Kral Futbol Federasiyası orqanlarının dürüstlüyünü və qərəzsizliyini şübhə altına qoymaq hüququna malik deyillər.
 
Niderlanddan olan mütəxəssisi 2-12 matçlıq diskvalifikasiya və 3 min avroya qədər cərimə gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest