İspaniyanın "Qranada" klubunda koronavirusa 5 yoluxma halı aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə La Liqa təmsilçisinin baş məşqçisi Dieqo Martines, 3 futbolçu və bir əməkdaşın test nəticəsinin müsbət çıxdığı diqqətə çatdırılıb.
 
Xəstəliyi simptomsuz keçirən şəxslər dərhal karantinə alınıblar. Baş məşqçi və futbolçular Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün Kipr "Omoniya"sı ilə matçı buraxacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest