"Zirə"nin müdafiəçisi Ali Sisey və "Keşlə"nin yarımmüdafiəçisi Con Kamara Syerra Leone millisinə çağırılıblar.
 
Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Con Keyster Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyunlar üçün sözügedən futbolçuları da milliyə dəvət edib.
 
Qeyd edək ki, Nigeriya ilə matçlar noyabrın 9-da və 17-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest