Türkiyəli futbol məşqçisi Bülent Uyğunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
O hazırda özünü yaxşı hiss etmədiyini söyləyib: "Yaxşıyam" desəm, yalan olar, "pisəm" desəm, inancıma toxunar. Nəyi yaşasam şükür edirəm. Dua edirəm və dostlardan da bunu gözləyirəm. Allah ölkəmdəki bütün xəstələrə şəfa versin".
 
Qeyd edək ki, Bülent Uyğun son olaraq "Dənizlispor"un baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest