Futbol üzrə Danimarka millisinin sabiq hücumçusu Yon Dal Tomasson koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, hazırda İsveç "Malmö"sünə başçılıq edən 44 yaşlı mütəxəssisin analizinin nəticəsi müsbət çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəstəliyi simptomsuz keçirən baş məşqçinin dərhal karantinə alındığı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, 2020-ci ilin əvvəlindən "Malmö"nün sükanı arxasında olan Yon Dal Tomasson futbolçu karyerası ərzində İngiltərənin "Nyukasl", Niderlandın "Feyenoord", İtaliyanın "Milan", Almaniyanın "Ştutqart" və İspaniyanın "Vilyarreal" klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest