İtaliya çempionu "Yuventus" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Aaron Remzi sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sağ baldır əzələsindən xəsarət alan futbolçunun azı 10 gün məcburi istirahət edəcəyi diqqətə çatdırılıb.
 
Zədə səbəbindən Remzinin A Seriyasının növbəti turu çərçivəsində baş tutacaq "Latsio" ilə oyunu buraxacağı dəqiqdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest