Futbol üzrə Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq hücumçusu Umut Bulut öz adından Ermənistan mətbuatında yayılan açıqlamalara münasibət bildirib.
 
Matc.az xəbər verir ki, hazırda "Yeni Malatyaspor"da çıxış edən 37 yaşlı hücumçu "Umut Bulut19" "Tvitter" hesabının ona məxsus olmadığını söyləyib.
 
Təcrübəli oyunçu bütün Azərbaycan xalqına salamlarını çatdırıb.
 
Xatırladaq ki, sözügedən "Tvitter" hesabında Umut Bulutun adından Azərbaycan əleyhinə xoşagəlməz ifadələrə yer verilib və ermənilərə dəstək nümayiş etdirilib. Bunun elə ilk günlərdən saxta olduğu üzə çıxsa da, Umut Bulut özü də məsələyə münasibət bildirməyi lazım bilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest