İtaliya A seriyasının XVI turunda "Torino" üzərində səfər qələbəsi qazanan "Yuventus" məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Matç.az saytının məlumatına görə, turinlilər 15 qələbə, 1 heç-heçə ilə rekordu təkrarlayıb.

Belə ki, top-5 liqalarda indiyə kimi cəmi 3 komanda bunu bacara bilmişdi. "Tottenhem" 1960-61, "Barselona" 2012-13, "Mançester Siti" isə 2017-18 mövsümündə 16 turdan sonra bu nəticəyə imza atmışdılar.

Qeyd edək ki, "Yuventus" "Torino"ya Kriştianu Ronaldonun penaltidən vurduğu yeganə qolla qalib gəlib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest